...

Noyabrın 6-na olan kriminal xronika

Hadisə Materials 7 Noyabr 2005 14:21 (UTC +04:00)

Noyabrın 6-da daxili işlər orqanları tərəfindən 6 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 4-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 8 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti