...

Şəkiylə Oğuz arasında baş vermiş zəlzələdən zərər çəkən olmayıb

Hadisə Materials 8 Noyabr 2005 12:42 (UTC +04:00)

Noyabrın 8-də saat 10.27 dəqiqədə Azərbaycanın şimal-qərbində - Şəkiylə Oğuz arasında baş vermiş zəlzələ nəticəsində zərər çəkən olmayıb. Bu barədə Trend ə Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmətlər Mərkəzinin direktor müavini Qurban Yetirmişbəyli məlumat verib.

"Zəlzələ Şəkidən 18, Oğuzdan isə 9 kilometr aralı ərazidə, bu iki rayonun arasında qeydə alınıb. Təbii hadisə nəticəsində nə ərazi, nə də əhali zərər çəkməyib. Ümumiyyətlə, 12 ballıq Rixter cədvəli üzrə baş vermiş bu 4 ballıq zəlzələ zəif zəlzələ kimi qeydə alınıb", - deyə direktor müavini söyləyib.

Xəbər lenti

Xəbər lenti