...

Ötən həftə yol qəzaları nəticəsində 21 nəfər həlak olub

Hadisə Materials 9 Noyabr 2005 12:30 (UTC +04:00)

Ötən həftə respublika ərazisində baş vermiş 71 yol qəzası nəticəsində 21 nəfər ölüb, 69 nəfərsə müxtəlif bədən xəsarətləri alıb. Bu barədə Trend ə Bakı Dövlət Yol Polisi İdarəsinin təbliğat-təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Yol qəzalarının 29-u paytaxtda baş verib. 4 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Respublika üzrə qəzaların 30-u (6 ölüm, 24 xəsarət), Bakı üzrə isə 15-i (2 ölüm, 13 xəsarət) piyadavurmalardır.

Noyabrın 6-da respublikada 14 (2 ölüm, 16 xəsarət), paytaxtda 5 (1 ölüm, 7 xəsarət) yol qəzası olub. Həmin gün respublika üzrə baş vermiş qəzaların 4-ü (1 ölüm, 3 xəsarət), Bakı üzrə isə 2-si (1 ölüm, 1 xəsarət) piyadavurmalardır.

Xəbər lenti

Xəbər lenti