...

Noyabrın 8-nə olan kriminal xronika

Hadisə Materials 9 Noyabr 2005 13:47 (UTC +04:00)

Noyabrın 8-də daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti