...

Azərbaycan-Gürcüstan sərhədində atışma baş verib

Hadisə Materials 10 Noyabr 2005 19:14 (UTC +04:00)

Noyabrın 9-da saat 05.30 radələrində Azərbaycanla Gürcüstan sərhədində atışma baş verib. Bu barədə Trend ə Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

DSX əməkdaşları Ağstafa rayonu ərazisindən Azərbaycan-Gürcüstan sərhəddini pozmağa cəhd göstərən atlılar sərhədçilərin qanuni tələblərinə tabe olmayıblar. Nəticədə tərəflər arasında atışma baş verib. Atışma təxminən 20 dəqiqə davam edib. Nəticədə sərhəd pozucularındane biri tərksilah edilərək yaxalanıb. Digərləri isə hadisə yerindən qaçaraq Gürcüstan ərazisinə keçə biliblər.

Saxlanılan sərhəd pozucusundan 1 ədəd AK-74 markalı silah, 6 ədəd 5,45 mm güllə, bir ədəd avtomat darağı götürülüb. Həmçinin, ərazidə sərhəd pozucularına məxsus 3 baş at və çoxlu sayda qaçaqmal aşkar edilib. Faktla balğı DSX-nin istintaq şöbəsində cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti