Noyabrın 14-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 6-nın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 11 nəfər həbs edilib.