...

Noyabrın 15-nə olan kriminal xronika

Hadisə Materials 16 Noyabr 2005 13:14 (UTC +04:00)

Noyabrın 15-də daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 21-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti