...

Cari ilin 10 ayı ərzində 2111 yol qəzası baş verib

Hadisə Materials 18 Noyabr 2005 12:18 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində respublika ərazisində 2111 yol qəzası qeydə alınıb. Bu barədə Trend ə Bakı Dövlət Yol Polis İdarəsinin təşviqat-təbliğat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Baş vermiş qəzalar nəticəsində ümumilikdə 714 nəfər həlak olub, 2427 nəfər isə yaralanıb. 2004-cü ilin 10 ayı ilə müqayisədə yol nəqliyyat hadisələrinin, həlak olanların və yaralıların sayı artıb.

Paytaxt ərazisində 1068 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 294 nəfər həlak olub, 1178 nəfər isə yaralanıb.

Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələrinin 43%-i sürət həddinin aşılması, 21%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,1%-i yolayrıclarını keçmə qaydalarının pozulması, 2,8%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol nəqliyyat hadisələrinin 45,1%-ni piyadaların vurulması təşkil edib.

Cari ilin müvafiq dövrü ərzində respublika ərazisində baş vermiş yol nəqliyyat hadisələrindən 131-nin üstü açılmayıb.

Xəbər lenti

Xəbər lenti