...

Noyabrın 18-nə krimxronika

Hadisə Materials 19 Noyabr 2005 14:11 (UTC +04:00)

Noyabrın 18-də daxili işlər orqanrları tərəfindən 18 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 19 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti