...

Noyabrın 21-nə olan kriminal xronika

Hadisə Materials 22 Noyabr 2005 17:40 (UTC +04:00)

Noyabrın 21-də daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 13-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 22 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti