...

Noyabrın 22-nə olan kriminal xronika

Hadisə Materials 23 Noyabr 2005 14:58 (UTC +04:00)

Noyabrın 22-də daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 18-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti