...

Noyabrın 23-nə olan kriminal xronika

Hadisə Materials 24 Noyabr 2005 14:18 (UTC +04:00)

Noyabrın 23-də daxili işlər orqanları tərəfindən 33 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 24-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 38 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti