...

Noyabrın 24-nə olan kriminal xronika

Hadisə Materials 25 Noyabr 2005 15:51 (UTC +04:00)

Noyabrın 24-də daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 19 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər yaralanıb. Gün ərzində 11 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər yanıq xəsarəti alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti