...

Noyabrın 29-na olan kriminal xronika

Hadisə Materials 30 Noyabr 2005 16:10 (UTC +04:00)

Noyabrın 29-da daxili işlər orqanları tərəfindən 22 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 10 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 25 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti