...

Noyabrın 30-na krimxronika

Hadisə Materials 1 Dekabr 2005 15:51 (UTC +04:00)

Noyabrın 30-da daxili işlər orqanrları tərəfindən 18 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 17-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 30 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti