...

Dekabrın 5-nə olan krimxronika

Hadisə Materials 6 Dekabr 2005 17:09 (UTC +04:00)

Dekabrın 5-də daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti