...

Dekabrın 6-na olan kriminal xronika

Hadisə Materials 7 Dekabr 2005 13:50 (UTC +04:00)

Dekabrın 6-da daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 11-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 19 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti