...

Dekabrın 8-nə olan krimxronika

Hadisə Materials 9 Dekabr 2005 16:15 (UTC +04:00)

Dekabrın 8-nə daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 20-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 29 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti