...

Dekabrın 12-nə olan krimxronika

Hadisə Materials 13 Dekabr 2005 13:32 (UTC +04:00)

Dekabrın 12-də daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 14 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər yanıq xəsarəti alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 18 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti