...

Dekabrın 15-nə olan kriminal xronika

Hadisə Materials 16 Dekabr 2005 14:11 (UTC +04:00)

Dekabrın 15-də daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 22-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 19 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 45 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti