...

Dekabrın 16-na olan krimxronika

Hadisə Materials 17 Dekabr 2005 13:38 (UTC +04:00)

Dekabrın 16-da daxili işlər orqanları tərəfindən 22 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 6 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 1 nəfərsə yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 30 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti