...

Dekabrın 18-nə olan kriminal xronika

Hadisə Materials 19 Dekabr 2005 14:15 (UTC +04:00)

Dekabrın 18-də daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 6 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 13 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti