...

Dekabrın 19-na olan kriminal xronika

Hadisə Materials 20 Dekabr 2005 14:01 (UTC +04:00)

Dekabrın 19-da daxili işlər orqanları tərəfindən 18 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 3 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, silah-sursatla əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 17 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti