...

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş səfirliyin işçisi Raidə Ağayevanın faciəvi ölümü ilə bağlı başsağlığı verib

Hadisə Materials 21 Dekabr 2005 13:47 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş səfirliyin işçisi Raidə Ağayevanın faciəvi ölümü ilə bağlı başsağlığı verib. Trend in xəbər verdiyi kimi, bu barədə diplomatik nümayəndəliyin dekabrın 21-də açıqlanmış press-relizində məlumat verilir.

Məlumatda bildirilir ki, səfirliyin Təhlükəsizlik idarəsinin işçisi, 28 yaşlı Raidə Ağayeva dekabrın 15-i-də Floridanın Mayami şəhərində faciəvi yol qəzası nəticəsində həlak olmuşdur.

O, ABŞ-ın hökumət proqramı çərçivəsində Azərbaycanın Gömrük İdarəsinin rəsmilərindən ibarət bir qrupu müşayiət etmək üçün ABŞ-da səfərdə idi.

R.Ağayeva uşaq evlərindəki uşaqalara yardım etmək, vəsait toplamaq və hədiyyə verməyə dair səfirlik layihəsinin təşəbbüsçüsü idi.

Xəbər lenti

Xəbər lenti