...

Bu ilin 11 ayı ərzində qanunsuz dövriyyədən 353 kq narkotik çıxarılıb

Hadisə Materials 23 Dekabr 2005 18:20 (UTC +04:00)

Cari ilin 11 ayında respublikada narkotiklərlə bağlı 2186 cinayət faktı qeydə alınıb. Bunlardan 1269-u narkotiklərin saxlanması, 725 satışı, 132 əkini ilə ilə bağlıdır.

Bu cinayətlərin törədilməsinə görə, 2186 şəxs məsulliyətə cəlb olunub. Onlardan 78 xarici vətəndaşdır. 11 ay ərzində qanunsuz dövriyyədən 353 kq-dan çox müxtəlif növ narkotik çıxarılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasından bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 227 kq-ı marixuana, 48 həşiş, 42 tiryək, 27 heroin, 11936 həb, 90 ampula narkotik maddələr təşkil edib.

Tədbirlər nəticəsində qanunsuz əkin və yabanı bitmiş 512 tondan çox narkotik bitki məhv edilib.

Xəbər lenti

Xəbər lenti