...

AN-140-100 təyyarəsinin Bakı yaxınlığında qəzayuğrmasına hava şəraiti səbəb olmayıb

Hadisə Materials 24 Dekabr 2005 14:18 (UTC +04:00)

Dekabrın 23-da axşam hava şəraiti AN-140-100 təyyarəsinin Bakı-Aktau maprşurutu üzrə hərəkət etməsinə icazə verilməsi üçün qənaətbəxş olub. Bu barədə Trend ə Azərbaycan Aviasiya Xidmətinin Birləşmiş Aviameteoroloji şöbəsindən məlumat verilib.

"Hava yağışlı idi, lakin ümumilikdə hər şey normal idi. Biz hələ təyyarənin göyərtəsində nə baş verdiyini bilmirik, lakin hava şəraiti əlverişli idi. Hər şey qara qutunun tədqiq olunmasından sonra aydınlaşacaq", - deyə şöbədən bildirilib.

Şöbənin digər nümayəndəsi Trend ə havıa şəraitinin əlverişli olduğunu və o, AN-140-100 təyyarəsinin qəzaya uğramasına səbəb ola bilməməsini bildirib.

Xatırladaq ki, dekabrın 23-də saat 22:27-də təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 ekipaj üzvü həlak olub.

AZAL DK-dəki məlumatlı mənbənin Trend ə verdiyi məlumata görə, təyyarənin ekipajı qəzadan əvvəl göyərtədən heç bir məlumat verməyib. Təyyarə qəza ərəfəsində təxminən 600 metr yüksəklikdə dəniz üzərində dönmə dairəsindən çıxıb. Lakin mənbə belə vəziyyətdə qəzanın səbəbləri barədə nəticə çıxarmaq çox çətindir. Çünki uçuşun son dəqiqələri barədə heç bir məlumat yoxdur. Qəza zamanı ildırım və ya dtgər təbiət hadisəsi müşahidə olunmayıb.

AZAL -ın sifarişi ilə AN-140-100 təyyarəsinin tikildiyi Xarkov Dövlət Aviasiya İstehsal müəssisəsindən Trend ə bildirilib ki, təyyarənin qara qutularının şifrələrinin Bakıda açılması ehtimalı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti