...

AN-100-140 tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş Gürcüstan və Qazaxıstan vətəndaşlarının cəsədləri vətənlərinə göndərilib

Hadisə Materials 26 Dekabr 2005 12:02 (UTC +04:00)

AN-100-140 tipli təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş Gürcüstan və Qazaxıstan vətəndaşlarının cəsədləri vətənlərinə göndərilib. Bu barədə Trend ə həmin ölkələrin Azərbaycandakı səfirliklərindən məlumat verilib.

Diplomatik idarələrin məlumatına görə, həlak olmuş şəxslərin Bakıya gəlmiş qohumları tərəfindən cəsədlər tanındıqdan sonra onları dəfn etmək üçün öz vətənlərinə aparılmasına icazə verilib.

Gürcüstan vətəndaşı, Rustavi şəhərinin sakini, 45 yaşlı Nodar Artsianri Bakıdan Aktauya gedirdi. Qazaxıstan vətəndaşları İsakov Dmitri, Qaranikova Tatyana, Karintayev Bulud və Süleymanova Aynur isə Azərbaycanda işləyirdilər.

Xatırladaq ki, dekabrın 23-də saat 22:27-də AN-100-140 tipli təyyarənin Bakı yaxınlığında (Nardaran qəsəbəsi) qəzaya uğraması nəticəsində 18 nəfər sərnişin və 5 heyət üzvü həlak olmuşdu. AZAL DK-ya məxsus olan və Bakı-Aktau reysini yerinə yetirən təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanını tərk edib, bir neçə dəqəqədən sonra onunla əlaqə kəsilib və təyyarə radarın ekranlarından itib. 8 dəqiqədən sonra hava limanının operatoruna AN-100-140 tipli təyyarənin qəzaya uğraması haqqında siqnal daxil olub.

Xəbər lenti

Xəbər lenti