...

Ağdam rayonu sakininin həyətindən BM-21 raketi tapılaraq məhv edilib

Hadisə Materials 27 Dekabr 2005 18:39 (UTC +04:00)

2005-ci il dekabr ayında Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) parlamamış hərbi sursat (PHS) əməliyyat qrupu tərəfindən Ağdam rayonu Məhzirli kənd sakini K. Qədirovun həyətində aşkarlanan BM21 raketi çıxarılaraq məhv edilib. Bu barədə məlumatı Trend ə ANAMA-nın mətbuat xidmətindən veriblər.

Belə ki, K. Qədirovun Nazirlər Kabinetinə müraciət edərək PHS-in çıxarılmasını istəmişdir. Bu müraciətə əsasən Nazirlər Kabineti Ağdam rayon icra hakimiyyətinə və ANAMA-ya vəziyyəti yerindəcə araşdırmağı və Agentliyin əməliyyat qrupu 300 metr radius təsirə malik olan BM-21 raketini məhv etməyi tapşırıb.

Əmələiyyat ərəfəsində Ağdam rayon polis xidməti əhalinin köüçürməsini təmin etmiş, təhlükəsiz əraziyə girişləri bağlamaq məqsədi ilə yoxlama postları qurmuşdur. Əməliyyat dörd gün davam etmiş və 6 metr dərinlikdə olan sursat çaxıralaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti