...

Yanvarın 4-nə olan krimxronika

Hadisə Materials 5 Yanvar 2006 16:14 (UTC +04:00)

Yanvarın 4-də daxili işlər orqanları tərəfindən 13 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 16 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti