...

Sərhədçilərimiz Həştərxana məxsus gəmi heyətinin 1 nəfər üzvünü ölümdən xilas edib

Hadisə Materials 5 Yanvar 2006 17:39 (UTC +04:00)

Yanvarın 5-də saat 00.40-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin əməkdaşları Həştərxana məxsus olan gəmi heyətinin 1 nəfər üzvünü ölümdən xilas ediblər. Bu barədə Trend ə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

"Həştərxan-ov rayonu" marşrutu ilə hərəkət edən və Həştərxan limanına məxsus olan "Aksioma" adlı balıqçı gəmisinin "SOS" siqnalını eşidən Sahil Mühafizəsi xidmətinin əməkdaşları dərhal dənizə gözətçi kater çıxarıb. Həmin gəminin heyət üzvü Valulin Renat Maratoviçin sağ ayağının topuqdan yuxarı hissəsinin sındığının şahidi olan sərhədçilərimiz təcili tibbi yardım göstərmək məqsədilə onu dərhal Bakı şəhəri, 3 saylı Travmatologiya Xəstəxanasına aparıb.

V.Maratoviçə yardım göstərilib və onun vəziyyəti hazırda qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti