...

Yanvarın 8-nə olan krimxronika

Hadisə Materials 9 Yanvar 2006 14:20 (UTC +04:00)

Yanvarın 8-də daxili işlər orqanları tərəfindən 14 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 10-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 3 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 13 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti