...

Culfanın polis rəisi ailəsi ilə birlikdə yanaraq həlak olub

Hadisə Materials 9 Yanvar 2006 14:42 (UTC +04:00)

Yanvarın 8-nə keçən gecə Culfa RPŞ-nin rəisi Asif Quliyevə məxsus mənzildə baş vermiş yanğın nəticəsində Asif Quliyev və onun ailə üzvləri həlak olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə Naxçıvan şəhəri, Xətai məhəlləsində yaşayan Asif Quliyevin evində saat 04.40 radələrində baş verib. Yanğına səbəb 2 mərtəbəli fərdi evin 2-ci mərtəbəsində "Ayqaz" tipli qızdırıcının nasazlığı olub. Nəticədə evin yanar hissələri və əşyalar yanıb. Yanğın söndürüldükdən sonra A.Quliyevin, onun arvadı Nazilənin, övladları Rasimə və İlahənin, həmçinin, Bakı şəhər sakini Faiq İmanquliyevin yanmış cəsədləri tapılıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti