...

Yanvarın 10-na olan krimxronika

Hadisə Materials 11 Yanvar 2006 14:33 (UTC +04:00)

Yanvarın 10-da daxili işlər orqanları tərəfindən 23 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 22-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 7, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 28 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti