...

Yanvarın 11-nə olan kriminal xronika

Hadisə Materials 12 Yanvar 2006 14:06 (UTC +04:00)

Yanvarın 11-də daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 18-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 22 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti