...

Yanvarın 15-nə olan krimxronika

Hadisə Materials 16 Yanvar 2006 14:38 (UTC +04:00)

Yanvarın 15-də daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 24-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 12, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 33 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti