...

Yanvarın 16-na olan kriminal xronika

Hadisə Materials 17 Yanvar 2006 14:29 (UTC +04:00)

Yanvarın 16-da daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 5, silah-sursatla əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti