...

Yanvarın 17-nə olan kriminal xronika

Hadisə Materials 18 Yanvar 2006 13:30 (UTC +04:00)

Yanvarın 17-də daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 5-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 2, silah-sursatla əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 21 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti