...

Saya oturmuş Azərbaycanın balıqçı gəmisi özəl şirkətə məxsusdur

Hadisə Materials 18 Yanvar 2006 16:00 (UTC +04:00)

Urdyuk burnu rayonunda, Bautino qəsəbəsinin 25 km-də saya oturmuş PTS-201 Azərbaycan gəmisi özəl şirkətə məxsusdur, buna görə də Xəzər Dəniz Gəmiçilik İdarəsi bu hadisəyə görə məsuliyyət daşımır. Bu barədə Trend ə XDGİ-dən məlumat verilib.

Qazaxıstan tərəfinin apardığı xilasetmə əməliyyatı zamanı gəmidən 8 nəfər çıxarılıb.

Hazırda Azərbaycanda aşağıdakı idarələr xüsusi gəmilərə malikdir: XDGİ (tanker, bərə, quru mal daşıyan gəmi, yardımçı gəmi), Azərbaycan Dövlət Neft Şirkətinin "XDND" bölməsi (neft əməliyyatlarının aparılmasını təmin edən gəmilər), Ekologiya və Təbii Sərvətlər nazirliyi (tədqiqat gəmiləri) və Dövlət Sərhəd Xidməti. Qalan gəmilər balıq ovu ilə məşğul olan özəl şirkətlərə məxsusdur. Bu gəmilər dəfələrlə Xəzəryanı ölkələrin ərazi sularında saxlanılıb və onların özəl şirkətlərə məxsus olmasına görə dövlət məsuliyyət daşımır.

Xəbər lenti

Xəbər lenti