...

Ötən il 2432 yanğın faktı qeydə alınıb

Hadisə Materials 24 Yanvar 2006 14:40 (UTC +04:00)

Ötən il respublika ərazisində 2432 yanğın faktı qeydə alınıb. Trend məlumat verir ki, bu rəqəm yanvarın 24-də ilin yekunlarına dair DİN Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində keçirilən müşavirə zamanı idarənin rəisi Murad Hüseynov tərəfindən səsləndirilib.

"2004-cü ildə isə respublika ərazisində 2488 yanğın hadisəsi qeydə alınmışdı. Müqayisələr göstərir ki, 2005-ci ildə baş verən yanğınların sayı əvvəlki ilə nisbətən 56 hadisə azdır. Yanğın nəticəsində baş vermiş insan tələfatına gəldikdə isə 2005-ci ildə həlak olanların sayı əvvəlki il ilə müqayisədə 1 nəfər çoxdur", deyə M.Hüseynov bildirib.

İdarə rəisi, həmçinin, qeyd edib ki, yanğınsöndürənlər üzərlərinə düşən funksiyaları lazımınca yerinə yetiriblər. Bundan əlavə, M.Hüsenyov ötən il ərzində digər sahələrdə də nailiyyətlər əldə olunduğunu vurğulayıb: "Ötən il ərzində bir neçə yanğınsöndürmə deposu əsaslı təmir olunub, bir neçəsi isə yeni istifadəyə verilib. Həmçinin yanğınsöndürmə depoları yeni texniki avadanlıqlarla təchiz olunub", - deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti