...

Yanvarın 23-nə olan kriminal xronika

Hadisə Materials 24 Yanvar 2006 14:44 (UTC +04:00)

Yanvarın 23-də daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 3, silah-sursatla əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 18 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti