...

Son iki gün ərzində respublika ərazisində yanğınların sayı artıb

Hadisə Materials 25 Yanvar 2006 12:44 (UTC +04:00)

Son iki gün ərzində respublika ərazisində yanğınların sayı artıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini polkovnik-leytenant Yusif Mustafayev məlumat verib.

"Yanvarın 24-də və 25-nə keçən gecə respublika ərazisində ümumilikdə 15 yanğın və partlayış hadisəsi qeydə alınıb. Bu da əvvəlki günlərlə müqayisədə bir neçə fakt çoxdur. Yanğın faktları paytaxt üzrə Nəsimi, Əzizbəyov, Nərimanov və Sabunçu, regionlar üzrə isə Salyan və Goranboy rayonlarında qeydə alınıb. Yanğınlar nəticəsində iki nəfər yüngül yanıq xəsarəti alıb", - deyə Y.Mustafayev söyləyib.

Yanğınların baş verməsinə səbəb əhalinin qızdırıcı elektrik sobalarından və mavi yanacaqdan düzgün istifadə qaydalarına riayət etməməsidir.

Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsi əhaliyə qızdırıcı elektrik sobalarından və mavi yanacaqdan istifadə edərkən diqqətli olmağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti