...

Yanvarın 24-nə olan kriminal xronika

Hadisə Materials 25 Yanvar 2006 14:28 (UTC +04:00)

Yanvarın 24-də daxili işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 8, silah-sursatla əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 26 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti