...

"Qəfəs" realiti-şounun çəkildiyi binada yanğın baş verib

Hadisə Materials 31 Yanvar 2006 19:50 (UTC +04:00)

Yanvarın 31-nə keçən gecə Patamdart qəsəbəsində ATV telekanalı ilə Azərbaycanda tanınmış "Qəfəs" realiti-şounun çəkilişlərinin həyata keçirildiyi binada yanğın baş verib. Səbael rayon prokurorluğunun müstəntiqi Anar Tağıyev Trend ə bildirib ki, yanğın yerində şounun rejissoru Elnur Məmmədovun və texniki işçi Namiq Süleymanovun meyidi tapılıb.

Zərərçəkən bir nəfər 1 saylı Klinik xəstəxananın toksikologiya şöbəsinə çatdırılıb. Fakt üzrə cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, yanğının səbəbi dəm qazı olub.

Xəbər lenti

Xəbər lenti