...

Yanvarın 31-nə olan kriminal xronika

Hadisə Materials 1 Fevral 2006 14:35 (UTC +04:00)

Yanvarın 31-də daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 26-nın üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 10, silah-sursatla əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 30 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti