...

"Qəfəs" verilişinin dəm qazından zəhərlənmiş iştirakçılarının səhhəti qənaətbəxşdir

Hadisə Materials 1 Fevral 2006 14:44 (UTC +04:00)

"Qəfəs" verilişinin dəm qazından zəhərlənmiş iştirakçılarının səhhəti qənaətbəxşdir. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 31-də səhər saat 11.25 radələrində Badamdar qəsəbəsində, "Qəfəs" verilişinin çəkilişi aparılan evdə verilişin operatoru Elnur Məlikovun və mühafizəçi Namiq Süleymanovun meyitləri aşkar edilib. Həmin vaxt verilişin iştirakçıları Emin Əliyevin, Mübariz Novruzovun, Ziya Zamanovun, Cəmilə Əsgərovanın və Gülbəniz Qəhrəmanovanın da yataq otağında huşsuz vəziyyətdə olduqları müəyyən edilib. Zərərçəkənlər dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıblar və göstərilən tibbi yardım sayəsində onların həyatlarını xilas etmək mümkün olub.

Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi qaldırılıb və istintaqın icraatı müstəntiq Anar Tağıyevə həvalə edilib.

Xəbər lenti

Xəbər lenti