...

Siyəzəndə 5 bal gücündə zəlzələ qeydə alınıb

Hadisə Materials 4 Fevral 2006 13:15 (UTC +04:00)

Fevralın 4-də saat 05:49-da Siyəzən şəhərindən 14 km qərbdə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmətlər Mərkəzindən Trend ə verilən məlumata görə, zəlzələnin gücü 12 ballıq cədvəl üzrə 5 bal gücündə olub.

Siyəzən rayonunda yeraltı təkanlar 4,5, Dəvəçi və Pirquluda - 4, Quba və Şamaxıda - 3,5 bala bərabər olub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti