...

Fevralın 14-nə olan kriminal xronika

Hadisə Materials 15 Fevral 2006 12:53 (UTC +04:00)

Fevralın 14-də daxili işlər orqanları tərəfindən 37 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 31-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 24 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 12, silah-sursatla əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 51 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti