...

Fevralın 15-nə olan kriminal xronika

Hadisə Materials 16 Fevral 2006 14:42 (UTC +04:00)

Fevralın 15-də daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 15-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 8 nəfərsə yaralanıb. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 28 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti