...

Fevralın 17-nə olan krimxronika

Hadisə Materials 18 Fevral 2006 12:32 (UTC +04:00)

Fevralın 17-də daxili işlər orqanları tərəfindən 39 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 25 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 17, silah-sursatla əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 49 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti