...

1,5 milyard dollara ikinəfərlik Ay səyahəti

Maraqlı Materials 8 Dekabr 2012 17:36 (UTC +04:00)
NASA-nın təqaüdə çıxmış iki mütəxəssisi Aya səyahət təşkil etmək üçün şirkət qurublar.
1,5 milyard dollara ikinəfərlik Ay səyahəti

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Salmanov/

NASA-nın təqaüdə çıxmış iki mütəxəssisi Aya səyahət təşkil etmək üçün şirkət qurublar.

Trend-in şənbə günü Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aya ikinəfərlik səyahətin qiyməti 1,5 milyard dollar təşkil edəcək.

NASA-nın keçmiş əməkdaşları Alan Stern və Qerri Qriffin qurduqları şirkətin adı "Golden Spike"dır.

Səyahətlər araşdırma və ölkələrin beynəlxalq imic qazanması üçün də təşkil olunacaq. Şirkət bu məqsədlə NASA-nın keçmiş kapsullarından istifadə edəcək. 2020-ci ilədək Aya 20 səfərin təşkil edilməsi planlaşdırılır. İlk uçuşun 7-8 milyard dollara başa gələcəyi güman edilir.

NASA-nın keçmiş əməkdaşları Cənubi Koreya, Cənubi Afrika və Yaponiya kimi ölkələrin müştəriləri ola biləcəyi qənaətindədirlər. Onların sözlərinə görə, raket və kapsulları satın alacaqlar və Aya səfər edəcək turistlər üçün xüsusi geyim dizayn ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti